RSS
ana səhifə   azerooBlog   bloglara bax   blog qur
1 2 3 4 5   
Toy Haqqında

Haqqımda
Dostlarım

nigar86

sonsoz

interpretter

sinan55tr

senani078

cingizmusayev

romance

romanart

mehrac86

elgunfb
Üzük seçimi
Üzük ta qədimdən sadiqlik, sədaqət və mətanət rəmzi sayılıb. Ilk nişan üzükləri Misirdə peyda olub. Üzüklər möcüzəli qüvvəsi ilə seçilirdi. Qədim yunanlar və romalılar üzüyün köməyi ilə yanıq, miqren, itdirsəyi və müxtəlif xəstəlikləri sağaldırdılar. Belə ki, üzüyü barmağa keçirərək ağrıyan yerə vururdular və ya üzüklə məlhəm sürtürdülər. Həqiqətən də, qızıl üzük və xətkeşin köməyi ilə təzyiqi ölçmək mümkündür.

Nişan üzüyünü bəy və gəlin mütləq birlikdə seçməlidir. Əgər qərar verə bilmirlərsə, satıcıdan məsləhət almaq olar. 

Nişan üzüklərini qızıldan, amma qatışıqlarla hazırlayırlar. Qatışıqlar müxtəlif cür olduğundan üzüklərin rəngi də fərqlənir: Sarı, ağ (qızıl, gümüş, palladium, nikel, sink), çəhrayıtəhər, qırmızımtıl (qızıl, gümüş, mis) və yaşıltəhər (qızıl və gümüş). Üzüklərin qiymətləri də qatışıqların əyarına görə fərqlənir. Ən yüksək əyar  958-dir. Bundan başqa, 375, 500, 583 və 750 əyarlı üzüklər də olur.

 

Üzük seçimində əsas diqqəti ölçüyə yönəltmək lazımdır. Belə ki, üzük nə sıx, nə də boş olmalıdır. Təbii ki, sıx olsa qan dövranına ziyandır. Boş olsa, itə bilər.

Üzüyün formasına gəldikdə isə, 3-12 mm qalınlıqlı klassik stildə üzüklərə üstünlük verə bilərsiniz. Eyni zamanda, üstü kələ-kötür olan üzüklər də mövcuddur. ən asası isə çalışmaq lazımdır ki, gəlin və bəyin üzükləri qoşa olsun.

Bundan başqa, brilyantla bəzədilmiş üzükləri də seçə bilərsiniz. Bu üzüklər də müxtəlifdir: dairəvi, oval, armudu və s.

Qaşlı üzük alarkən fikir verin!

Qaşın üstündə heç bir ləkələr və sıyrıntılar olmamalıdır.

Bahalı və adi daşlar var:

Bahalı:

Zümrüd, aleksandrit, yaqut, sapfir və təbii mirvari.

Yarım-bahalı:

Süleyman daşı, firuzə, dağ bülluru, beril, giasint, topaz, turmalin.

Üzüyün içərisinə adlar və toy gününü həkk etmək də olar ki, bu da sadiqlik və sevgini bildirəcək.

Etiketler : qaşlı üzük, adi üzük, nişan üzüyü
tarix : 15/10/2008

Şerhler

Şerh yaz

Adınız
Email
Başlıq
Şerhiniz

Kateqoriyalar
Toy (2)
toy qabagi pehriz (2)
Dunya toyu (1)
test (2)
Şəkil albomlarım
ana səhifə   azerooBlog   bloglara bax   blog qur